Respublika Prezidenti Vahaqn Xaçaturyan Yaponiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Aoki Yutakanı qəbul edib.
Dövlətimizin başçısı səfiri salamladı, onu Yaponiyanın Milli bayramı – İmperatorun doğum günü münasibətilə təbrik etdi, yapon xalqına firavanlıq və uğurlar arzuladı.
Görüş zamanı Ermənistan və Yaponiya arasında tərəfdaşlığın daha da inkişaf etdirilməsi yolları, həmçinin birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.
Siyasi, iqtisadi və yüksək texnologiyalar sahələrində əməkdaşlığın aktivləşdirilməsinə xüsusi diqqət yetirilib.
Tərəflər həmçinin regional sülh və demokratik təsisatların gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.