Fevralın 17-də ER yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan Abu Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Kosmik Agentliyinin baş direktoru Salem Əl Qubaisi ilə görüşüb.
Tərəflər əməkdaşlığın perspektivlərini müzakirə edib və hər iki dövlətin mənafeyi naminə kosmik texnologiyaların inkişafına və elmi-texniki tərəqqinin təşviqinə yönəlmiş birgə proqramların həyata keçirilməsinə dair razılıq əldə ediblər.
Göreş zamanı elmi tədqiqatlar və eksperimental inkişaflar, sektoral startaplar sahəsində mümkün əməkdaşlığın, eləcə də “Artemis” Sazişinin prinsiplərinə uyğun olaraq davamlı əməkdaşlığın vacibliyi xüsusi vurğulanıb.