Azərbaycanın Lənkəran şəhərində, eləcə də Lənkəran rayonunun Girdəni, Kosalar, Şiləvar kəndlərində iki gün ərzində yağan intensiv yağışlar nəticəsində çay məcrasından çıxıb, evləri və yaxınlıqdakı əraziləri su basıb.
Ölkənin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təbii fəlakətdən zərər çəkmiş rayonlardan 20-yə yaxın sakini təxliyə ediblər.