Qazaxıstan Nəqliyyat Nazirliyi Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Aktau hava limanında qəzaya uğraması ilə bağlı ilkin məlumat yayıb.
Hesabat 53 səhifədən ibarətdir. Orada dekabrın 25-i səhər saatlarında baş vermiş Embraer 190 təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri yer alıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub.
Hesabatda qeyd olunur ki, ekspertlər AZAL təyyarəsinin qara qutularını araşdırırlar. İşlər başa çatdıqdan sonra qəzanın araşdırılmasının nəticələrinə əsasən yekun hesabat hazırlanacaq.
Kreml Qazaxıstan Nəqliyyat Nazirliyinin AZAL təyyarəsinin qəzasının araşdırılması ilə bağlı ilkin hesabatını şərh etməyib.
“Bu, ilkin hesabatdır. Əlbəttə, bizim müvafiq idarələrimiz bunu lazımi diqqətlə araşdıracaq", - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.