Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı etmək istədiyini təsdiqləyib, lakin həmkarları ilə razılaşmadan bunu etmək niyyətində olmadığını bildirib.
“Bəli, mən münasib məqamda Rusiya Federasiyasının prezidenti ilə danışacağam, amma bunu birtərəfli qaydada etməyəcəyəm. Bu, bir çox insanlarla çoxlu təmaslar, danışıqlar deməkdir ki, mən uzun müddətdir bunu etmirəm”, o, ARD telekanalına müsahibəsində bildirib.
Bu telefon danışığının nə vaxt baş verə biləcəyi sualına Şolts belə cavab verdi: "Yaxın gələcəkdə."