ER Parlamentinin sədri Alen Simonyanın Vayots Dzor rayonuna işgüzar səfəri Noravank monastır kompleksindən başlayıb.
Bundan sonra Alen Simonyan Cermuka səfər edib, yerli sakinlərlə görüşüb, daha sonra müşahidə apararaq sərhəddəki vəziyyətlə tanış olub.
Parlamentin sədri Vayk və Yeğegnadzor icmalarında da olub, sərhədyanı Xndzorut yaşayış məntəqəsində olub, kənd sakinlərini narahat edən müxtəlif mövzulardan danışıb, onların həlli yollarını müzakirə edib.
ER Parlamentinin sədri işgüzar səfəri çərçivəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində də olub, hərbi qulluqçularla söhbət edib, onların sosial-məişət şəraiti ilə yaxından tanış olub, onlara dinc xidmət arzulayıb.