ER xarici işlər naziri Ararat Mirzoyan slovakiyalı həmkarı ilə görüşüb.
Bu barədə o, X mikrobloqunda yazıb.
“Slovakiyadan olan yeni həmkarım Yuray Blanar ilə çox yaxşı görüş keçirdim. Müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat və ER-Aİ formatında əlaqələrimizi daha da gücləndirməyə hazır olduğumuzu vurğulayaraq, ikitərəfli gündəliyimizin nəticələrini qiymətləndirdik. Mən sülh prosesi barədə Ermənistanın fundamental prinsiplərə uyğun yanaşmalarını təqdim etdim”.
ER XIN-dən verilən məlumata görə, Ararat Mirzoyan və Yurai Blanar Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindəki son hadisələrə toxunublar.
Nazir Mirzoyan Azərbaycanın güc tətbiqi və ya güc tətbiq etməklə hədələmə praktikasından imtina edərək, danışıqlar prosesinə qayıtmasının, sülh müqaviləsi üzrə danışıqların məlum prinsiplərə uyğun davam etdirilməsinin vacibliyini vurğulayıb.