Baş nazir Nikol Paşinyan ilə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
Telefon danışığı zaman Ermənistan-Qazaxıstan ikitərəfli münasibətlərinin gündəliyi ilə bağlı məsələlər müzakirə edilib. İki ölkə arasında əlaqələrin inkişafında qarşılıqlı maraq, iqtisadi və digər sahələrdə əməkdaşlıq potensialının reallaşdırılmasının zəruriliyi vurğulanıb.
Baş nazir Paşinyan Qazaxıstan prezidentini Ermənistan Respublikasına rəsmi səfərə dəvət edib. Qazaxıstan prezidenti dəvəti qəbul edib.