• Հայ
  • Eng
  • РУС
  • Az
Mher Qriqoryan və İran İslam Respublikası Prezidentinin müavini Ermənistan-İran ikitərəfli gündəliyi ilə bağlı məsələləri müzakirə etdilər. Mher Qriqoryan və İran... 10:19
Bu gün Ermənistanda parlament seçkiləri keçirilir Bu gün Ermənistanda parlament... 08:00
Aİ Ermənistana 50 milyon avro maliyyə yardımı göstərəcək və Ermənistan mallarının idxalını asanlaşdıracaq Aİ Ermənistana 50 milyon... 14:43
  • Proqramlar
  • Dünya
  • Səhiyyə
  • Siyasət
  • İqtisadiyyat
  • İctimaiyyət
    • Milli Təhlükəsizlik
  • Hüquq
  • Araşdırma
  • Ordu
    • Sərhəddəki vəziyyət
  • Dağlıq Qarabağ
  • Fövqəladə vəziyyət
  • Rayonlar
  • Dağlıq Qarabağa qarşı hücum
  • Diaspora
  • Mədəniyyət
  • İdman
  • Region
Siyasət 15:4917 Okt, 2023

RF sülhməramlılarının fəaliyyətsizliyi şəraitində bir həftə ərzində 100 mindən çox erməni Dağlıq Qarabağı tərk etdi։ Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edir ki, Azərbaycan Dağlıq Qarabağda ermənilərin həyatını qeyri-mümkün etmək qərarını açıq və birmənalı şəkildə nümayiş etdirib.

Paşinyan bunu Avropa Parlamentindəki çıxışında deyib.

“Təəssüf ki, yüzlərlə həyəcan təbili çalmasına, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına, Avropa Parlamentinin, AŞPA-nın və ayrı-ayrı ölkələrin parlamentlərinin qətnamələrinə, icra orqanlarının, beynəlxalq ictimaiyyətin müraciətlərinə baxmayaraq, hamımız Dağlıq Qarabağda ermənilərin etnik təmizləməsinin qarşısını ala bilmədik” – deyə baş nazir vurğulayıb.

O əlavə edib ki, Ermənistan hökuməti və Avropa Parlamenti Dağlıq Qarabağda gözlənilən etnik təmizləmə ilə bağlı dəfələrlə xəbərdarlıq edib, Ermənistan hökuməti qanunsuz bloklanmış Laçın dəhlizinə və Dağlıq Qarabağa faktaraşdırıcı qrup göndərmək üçün BMT, ATƏT, Aİ-yə çoxsaylı çağırışlar edib, lakin heç bir struktur belə bir qərar qəbul etməyib.

“Biz BMT Təhlükəsizlik Şurasında mövzu ilə bağlı üç müzakirəyə təşəbbüs etmişik, lakin müzakirələrdən heç bir praktiki nəticə olmayıb və Dağlıq Qarabağ artıq boşaldılıb. Rusiya sülhməramlı qüvvələrinin hərəkətsizliyi şəraitində bir həftə ərzində 100 mindən çox erməni Dağlıq Qarabağdakı evlərini və vətənlərini tərk edib, daha 20 min nəfər 44 günlük müharibədən sonra dərhal Dağlıq Qarabağı tərk etmək məcburiyyətində qalıb, Onların bəzilərinin 2022-ci ilin dekabrında Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması səbəbindən Dağlıq Qarabağa qayıtmaq imkanı beelə olmayıb.

Bu gün isə bəziləri guya Dağlıq Qarabağ ermənilərinin niyə kütləvi şəkildə evlərini tərk etdiyini başa düşmürlər. Belə bir sualın verilməsi özlüyündə sinizmdir, çünki cavab çox aydındır. "Azərbaycan Dağlıq Qarabağda ermənilərin həyatını qeyri-mümkün etmək qərarını açıq və birmənalı şəkildə nümayiş etdirdi", - Paşinyan bildirib.

Ermənistanın baş naziri xatırladıb ki, 2022-ci ilin dekabrından Dağlıq Qarabağ erməniləri Laçının qanunsuz blokadası zamanı xarici qaz, elektrik enerjisi, yanacaq, ərzaq, uşaq qidası, dərman, gigiyena və digər zəruri əşyalardan məhrum olublar, kənd təsərrüfatı işləri ilə məşğul olan mülki şəxslər Azərbaycan silahlı qüvvələri tərəfindən hədəfə alınıb.

“2022-ci ilin dekabrından bəri biz onlarla dəfə Azərbaycanın planı ilə bağlı xəbərdarlıq etmişik։ Laçın dəhlizini bağlayandan sonra insanları acından öldürmək, hərbi, təbliğat və psixoloji təzyiqləri artırmaq, sonra Laçın dəhlizini açın və bununla da bütün erməniləri getməyə məcbur etmək.

2023-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust aylarında belə bir ssenaridən danışdıq, yüksək səslə və açıq danışdıq. Sentyabrda baş vermiş Dağlıq Qarabağın əhalisinin boşaldılması ilə bağlı bəzi beynəlxalq rəsmilərin təəccüblü üzlərini qəbul etmirəm”, - deyə baş nazir bildirib.

Eyni zamanda, Paşinyan vətənindən məhrum edilmiş insanların gələcək hüquqlarının qorunmasının vacib olduğunu vurğulayıb.

 
Baxışların sayı294
facebook icon twitter icon
Հիմա եթերում
Xəbər lenti
  • Mher Qriqoryan və İran İslam Respublikası Prezidentinin müavini Ermənistan-İran ikitərəfli gündəliyi ilə bağlı məsələləri müzakirə etdilər. 10:1927 İyn, 2026
  • Brüsseldə iqtisadi və nəqliyyat əlaqələrinin inkişafına yönəlmiş razılaşdırılmış proqramlar müzakirə olunub 16:5126 İyn, 2026
  • Haaqada Ermənistan güllərinin Avropa bazarına ixracı perspektivləri müzakirə olunub 15:3926 İyn, 2026
  • İsrail XİN Erməni Soyqırımının rəsmi tanınması ilə bağlı qətnamə təqdim edəcək 14:2726 İyn, 2026
  • Bu gün ABŞ-ın fəal iştirakı ilə Ermənistan və Cənubi Qafqaz yeni bir sülh və sabitlik dövrünə qədəm qoyub. Mher Qriqoryan 12:2426 İyn, 2026
  • AŞPA qətnaməsi Azərbaycanı siyasi məhbusları dərhal azad etməyə çağırır 17:0425 İyn, 2026
  • Təhlükəsizlik Şurasının katibi Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Yenidənqurma Konfransında iştirak edib 16:5125 İyn, 2026
  • Qlendeyl şəhərinin yeni polis rəisi erməni əsillidir 16:1225 İyn, 2026
  • Xİ nazirinin müavini və Fransanın Avropa işləri üzrə səlahiyyətli nazir Ermənistanın Avropa bazarına çıxışını genişləndirmək üçün addımları müzakirə edib 15:0825 İyn, 2026
  • TRIPP həm Orta Dəhlizin, həm də daha geniş layihələrin bir hissəsi ola bilər: Paşinyan 13:3825 İyn, 2026
  • Moskva Yerevanın KTMT ilə bağlı rəsmi qərarını gözləyir: Vasilyev 12:3125 İyn, 2026
  • Parisdə Ermənistan və UNESCO arasında mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub 12:1025 İyn, 2026
  • İranla texniki danışıqlar 30 iyunda başlayacaq: Rubio 11:3825 İyn, 2026
  • AB Livan qüvvələrinə məsləhət vermək və təlim vermək üçün üç illik missiya təklif edir: Reuters 17:3624 İyn, 2026
  • Ətraf mühit naziri Rik Smitə iqlim siyasəti islahatlarını təqdim edib 16:4224 İyn, 2026
  • Ermənistanda AB monitorinq missiyası 9000-ci patrul xidmətini aprır 15:2024 İyn, 2026
  • Fransa Senatı Ermənistan seçkilərini, Aİ əməkdaşlığını və regional sülh gündəliyini müzakirə edir 14:0624 İyn, 2026
  • Nüfuzlu Forbes jurnalı Ermənistan haqqında yeni məqalə yazıb 12:0624 İyn, 2026
  • ABŞ Kubanın dövlət şirkətlərinə yeni sanksiyalar tətbiq edib 11:4524 İyn, 2026
  • Avropa Komissiyası, AİB və ER Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi Anlaşma Memorandumu imzaladılar 11:1424 İyn, 2026
  • Xudatyan və Türkiyənin nəqliyyat naziri Ani körpüsünün bərpasını müzakirə ediblər 17:1323 İyn, 2026
  • Azərbaycan vasitəsilə Ermənistana daha bir partiya gübrə göndərilib 16:2123 İyn, 2026
  • ABŞ Prezidentinin elçisi Qrenlandiyanın tezliklə ABŞ-ın 51-ci ştatı ola biləcəyini bildirib 16:0123 İyn, 2026
  • Kiyev Moskva ilə birbaşa danışıqlara hazırdır: Ukraynanın BMT-dəki daimi nümayəndəsi 15:3823 İyn, 2026
  • Son saatlarda Hörmüz boğazından rekord miqdarda neft keçib: Tramp 12:1623 İyn, 2026
  • Armen Qriqoryan Polşaya işgüzar səfərə gedəcək 09:0523 İyn, 2026
  • Rusiya pilotsuz uçuş aparatı Türkiyə yük gəmisini vurdu 15:3322 İyn, 2026
  • Qətər və Pakistan sayəsində İran bir neçə məsələni həll edə bildi: Əraqçi 13:0822 İyn, 2026

Bütün müəllif hüquqları qorunur.

© 2026 1lurer.am

[email protected]: Yerevan, Nork 0011 G. Hovsepyan küçəsi, bina 26

+374 10 650015