Həftə sonu Dağlıq Qarabağdan ağır yaralanmış iki gənc xüsusi tibbi yardım almaq üçün ABŞ-a təxliyə edilib. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Səfirliyin “X” (keçmiş Twitter) mikrobloqunda deyilir: "Biz təcili tibbi təxliyəni həyata keçirməyə kömək edən bütün tərəfdaşlarımıza çox minnətdarıq".