Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller gündəlik brifinqdə dövlət katibi Blinkenin türkiyəli həmkarına şənbə günü zəng etdikdən sonra Türkiyənin sülh prosesindəki hazırkı roluna da toxunub, həmin zəngdə ABŞ diplomatı "Ermənistan və Azərbaycan arasında sülh müzakirələrinin vacibliyini vurğulayıb.
"Mən bu barədə ətraflı danışmaq istəmirəm - bu, özəl diplomatik söhbətdir, lakin biz inanırıq ki, Türkiyə digər məsələlərdə olduğu kimi, bu məsələdə də məhsuldar rol oynaya bilər", - Miller deyib.