6 iyul 2023-cü il tarixində Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya əsasən Ermənistan Azərbaycana qarşı işində müvəqqəti tədbirin tətbiqi ilə bağlı 22 fevral 2023-cü il tarixli qərarına əlavələr etmək xahişi ilə bağlı qərar çıxarıb. Bu, Azərbaycanın Laçin dəhlizində nəzarət-buraxılış məntəqəsi yerləşdirilməsi ilə bağlı idi.
Məhkəmə 22 fevral 2023-cü il tarixli qərarını bir daha təsdiqləyib və bununla da Azərbaycanı Laçin dəhlizi ilə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin fasiləsiz hərəkətinə təminat vermək üçün bütün tədbirləri görməyə məcbur etdi.