İyunun 6-da ER xarici işlər naziri Ararat Mirzoyan Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
ER XİN-in məlumatına görə, həmsöhbətlər regional təhlükəsizlik və sabitliklə bağlı məsələləri müzakirə ediblər. Bu kontekstdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı son müzakirələrə toxunulub. Prosesin hərbi ritorika və güc tətbiqi təhlükəsi olmadan mühitdə davam etdirilməsinin vacibliyi vurğulanıb.
Erməni tərəfinin regionda hərtərəfli və uzunmüddətli sülhün bərqərar olmasına sadiqliyini təsdiq edən nazir Mirzoyan hərtərəfli nizamlanma məqsədilə mövcud əsas məsələlərin həllinə qarşılıqlı sadiqliyin və bu istiqamətdə beynəlxalq tərəfdaşların davamlı səylərinin davam etdirilməsinin vacibliyini vurğulayıb.