Mayın 4-də Çexiyanın paytaxtı Praqada iqtisadi əməkdaşlıq üzrə Ermənistan-Çexiya hökumətlərarası komissiyasının 6-cı iclası keçirilib.
Görüş çərçivəsində geniş spektrli ticarət-iqtisadi məsələlər, o cümlədən sənaye və sənaye kooperasiyası, yüksək texnologiyalar, kənd təsərrüfatı, nəqliyyat, elm və texnologiya, təhsil, mədəniyyət, ətraf mühit, turizm və digər sahələrdə əməkdaşlıq, iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə dair məsələlər müzakirə edilib.
İclasda Çexiya tərəfi ilə əldə edilmiş razılaşmalar əsasında iqtisadi əməkdaşlıq üzrə Ermənistan-Çexiya hökumətlərarası komissiyasının 6-cı iclasının protokolu imzalanıb.