Artsax polisi bildirir ki, mayın 5-də saat 10:55-də Askeran rayon polis şöbəsinə verilən məlumata görə, Vardadzor kənd inzibati ərazisində A. Vahanyan traktorla kənd təsərrüfatı işləri apararkən Azərbaycanın döyüş mövqelərindən ona atəş açılıb.
Hadisə yerinə gedən Askeran rayon şöbəsinin əməkdaşları müəyyən ediblər ki, 1971-ci il təvəllüdlü A.Vahanyan Askeran rayonunun Vardadzor kəndi ərazisində, ona məxsus nar bağında KTZ-90 markalı tırtıllı traktorla kənd təsərrüfatı işlərini aparkən, Azərbaycan döyüş mövqelərindən müxtəlif çaplı atıcı silahlardan trktor istiqamətində atəş açılıb, nəticədə kənd təsərrüfatı işləri dayandırılıb.
Məlumat Rusiya sülhməramlı qoşunlarına çatdırılıb.