ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşik ABŞ Dövlət Departamentində dövlət katibinin köməkçisi Karen Donfrid ilə görüşüb. Bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays növbəti brifinq zamanı bildirib.
“ATƏT-in baş katibi Anjey Kaspşik Dövlət Departamentində olub. Hesab edirəm ki, o, dövlət katibinin köməkçisi Donfridlə görüşüb. Onlar Dağlıq Qarabağ məsələsini yoxsa ABŞ-ın bu məsələdə iştirakını müzakirə ediblərmi? Mən bilirəm ki, bu məsələdə avropalılarla Vaşinqton arasında müəyyən səylər var”,- deyə Prays qeyd etdi.
O, bildirdi ki, bu və ya gələn həftə Amerika və Avropa tərəfləri arasında başqa görüşlər də planlaşdırılır.