Vahagn Xaçaturyan ilk turda Ermənistan Respublikasının prezidenti seçilməyib.
ER prezident seçkilərində 69 deputat iştirak edib. Səsvermənin nəticələri 69 ləhinə və 0 əleyhinə olub.
"Respublika prezidenti birinci turda seçilməsə, birinci turda iştirak etmiş bütün namizədlərin iştirak edə biləcəyi seçkilərin ikinci turu keçiriləcək", - deyə parlament sədrinin səlahiyyətlərini icra edən Hakop Arşakyan bildirib.
Prezident seçilmək üçün 81 səs lazım idi. İkinci turda isə 64 səs lazım olacaq.