Geğarkunik icra başçısı Gnel Sanosyan bu gün keçirdiyi mətbuat konfransı zamanı sərhəddəki vəziyyətə toxunub və dəyişikliklərin olmadığını qeyd edib.
“Ümumilikdə dəyişikliklər yoxdur, lakin mütəmadi olaraq bəzi hadisələr qeydə alınır. Belə bir hadisə son günlərdə qeydə alındı və hərbçilərimizdən biri yüngül yaralandı”- deyə o qeyd edib.
Onun sözlərincə Rusiya hərbçiləri (onların bir hissəsi artıq bölgədədir) sərhəd boyunca yerləşdiriləcək, Aərbaycam silahlı qüvvələri o hissələrindən çıxarılacaq və sonra danışıqlar prosesi davam edəcək, sərhəddə dəqiqləşdirmə işləri aparılacaq.