29 martda ER parlamentində Xİ naziri Ara Ayvazyan xatırladıb ki, 2-ci Artsax müharibəsindən əvvəl, 2020-ci il aprelində ATƏT-in Minsk qrupu münaqişəni yalnız sülh yolu ilə həll etməyə çağıran bəyanat yaymışdı və Bakı bundan narahatdı. Sonra iyun ayında Tavuş gərginliyi baş verib, amma vasitəçilərin sərt reaksiyası olmayıb.
Nəticədə Azərbaycan və ona dəstək verən dövlətlər və qüvvələr qərar veriblər ki, Artsaxa qarşı yeni təcavüz də cavabsız qalacaq və sentyabrın 27-də yeni müharibəyə başladılar.
Ara Ayvazya: “Keçən il iyulun yarısında Azərbaycan öncə Tavuş rayonunun sərhədyanı hissəsində, sonra sentyabrın 27-də Türkiyə və onun tərəfindən dəsətəklənən xarici silahlı terrorçuların yardımı ilə Artsax Respublikasına qarşı genişmiqyaslı təcavüzə başladı və ATƏT Minsk qrupu həmsədrliyi formatında DQ münaqişəsinin sülh yolu ilə nizamlanma prosesinə son qoyaraq regional sülh, təhlükəsizlik və sabitliyi pozub.
Təhlükəsizlik və sabitliyin bərpası təsəvvür etmək çətindir, çünki hələ Artsax münaqişəsinin həlli yoxdur. Siyasi həll isə yalnız və yalnız Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnun təmin edilməsi halında ola bilər, buysa Minsk qrupu formatında işlərin yenidən bərpası zamanı olacaq. Bu rəsmi Yerevanın mövqeyidir və hazırdı vəziyyətdə Minsk qrupu daha güclü olmalıdır.
Bölgəmiz sabitlik, təhlükəsizlik və sülhlə maraqlanan tərəfdaşlarla əməkdaşlığı gücləndirməyi daha da vacib edən yeni çağırışlar dövrünə qədəm qoydu. Eyni zamanda, bunlar göstərib ki, bizim ATƏT-in Minsk qrupunun illər ərzində inkişaf etmiş prinsip və elementlərə əsaslanan sülh prosesinə rəhbərlik edə biləcək güclü həmsədrliyinə ehtiyacımız var”.
Ayvazyanın qeyd edib ki, Azərbaycanın başlatdığı müharibə beynəlxalq aləmdə münaqişə haqqında düşüncəni dəyişdirdi. Əvvəllər bəzi dairələr Artsax məsələsinin Ermənistanla Azərbaycan arasında ərazi mübahisəsi olduğunu düşünürdülərsə, son müharibə göstərdi ki, Artsaxın müstəqilliyi soyqırımın qarşısını almaq üçün yeganə mümkün yoldur.
“İndi müxtəlif beynəlxalq təşkilatlar və ölkələr Azərbaycanın nəzarətində olan ərazilərdə ermənilərin tamamilə qovulmasının, tarixi və mədəni irsimizin necə məhv edildiyinin, saxtalaşdırıldığının, məhv edildiyinin və əsir düşən vətəndaşlarımıza qarşı qeyri-insani rəftarın şahidi olur. Getdikcə Artsaxın Azərbaycanın bir hissəsi ola bilməyəcəyini başa düşürlər. Artsax Azərbaycanın bir hissəsi olsa, ermənisiz Artsax olacaqdır. Düşünürəm ki, beynəlxalq aləmdə bu reallıq getdikcə daha çox aydınlaşır”.