ER Parlamentinin sədri Alen Simonyan 9 may münasibətilə mesaj göndərib.
Mesajda deyilir:
“9 may xatirə, hörmət və sülh günüdür. Bu gün faşizmə qarşı mübarizədə canlarını fəda edənləri xatırlayır və onlara ehtiram göstəririk.
Erməni xalqı da bu mübarizədə əhəmiyyətli töhfələr verib və ləyaqətlə iştirak edib: on minlərlə erməni müxtəlif cəbhələrdə və müttəfiq qüvvələrin tərkibində dinc gələcək və bəşəriyyətin azadlığı uğrunda vuruşub.
Bu gün mürəkkəb və qeyri-sabit geosiyasi şəraitdə sülhü qorumaq, dövlətçiliyi möhkəmləndirmək və təhlükəsiz, demokratik və sabit Ermənistan qurmağa davam etmək hər zamankindən daha vacibdir.
Ermənistan və Azərbaycan arasında bərqərar olan sülh artıq reallıq olsa da, qayğı və diqqət tələb edir.
Ermənistan Respublikasını Qələbə və Sülh Günü münasibətilə təbrik edərək, sülh və firavanlıq arzulayıram ki, bundan sonra müharibələr haqqında yalnız keçmiş və tarix kontekstində danışaq.
Həlak olanlara şöhrət”.