Rusiya Müdafiə Nazirliyi dünən gecə təxminən 800 Ukrayna PUA-sının vurulduğunu bildirib. Nazirliyin məlumatına görə, hədəflər Volqoqrad, Voronej, Kaluqa, Rostov, Ryazan və digər bölgələr, Krasnodar diyarı, Krım, Azov və Qara dəniz bölgələri olub.
Rusiya tərəfi bildirib ki, Moskva bölgəsi son iki ildə ən kütləvi hücuma məruz qalıb, xəsarət alanlar var, Wildberries anbarlarından biri və digər infrastruktur zədələnib. Təkcə paytaxt istiqamətində 600-dən çox PUA-nın uçuşu həyata keçirilib. Bir sıra hava limanlarının işi məhdudlaşdırılıb.
Ukrayna mediası yazır ki, əsas hədəf Moskva bölgəsinin elektrik şəbəkəsi olub, gecə tətilləri nəticəsində minlərlə istehlakçının elektrik enerjisiz qaldığı qeyd olunur.