18 avqustda Ermənistan Respublikası müdafiə nazirinin müavini Karen Brutyan Müdafiə Nazirliyinin inzibati kompleksində Hindistan müdafiə katibi Rajeş Kumar Sinqi qəbul edib. Bu barədə Ermənistan Respublikası Müdafiə Nazirliyi məlumat verib.
Görüş zamanı müdafiə sektorunda Ermənistan-Hindistan əməkdaşlığı, xüsusən də hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.