İran Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını ABŞ ərazisi elan etmək niyyəti ilə bağlı açıqlamasına cavab verdi.
Tehran qeyd etdi ki, boğazı nə tvit, nə təyyarədaşıyan gəmi, nə prezident fərmanı, nə də seçki çıxışı ilə ələ keçirmək olmaz.
"Reallığı birdəfəlik qəbul edin. Hörmüz boğazı İrana aid olub, aiddir və olacaq. O, yalnız İranın qərarı ilə bağlanacaq və açılacaq".