KTMT-nin baş katibi Taalətbek Masadikov bildirib ki, təşkilatın üzv dövlətləri Ermənistanı KTMT-nin müttəfiqi hesab edirlər.
"Ermənistan lap əvvəldən fəal və ahəngdar üzv dövlət olub, kollektiv potensialın gücləndirilməsinə layiqli töhfə verib və KTMT üzv dövlətləri bu ölkəni təşkilatın müttəfiqi hesab etməyə davam edirlər", - Masadikov bildirib.
O, həmçinin qeyd edib ki, KTMT üzv dövlətləri Ermənistan tərəfinin birgə işlərdə tam iştirakının bərpası ilə bağlı bütün məsələləri istisnasız olaraq Yerevanla müzakirə etməyə hazır olduqlarını dəfələrlə təsdiqləyiblər.