ABŞ və daha 40 ölkə birgə bəyanatda dövlətləri qitələrarası ballistik raketlərin (QBR), sualtı qayıqlardan buraxılan ballistik raketlərin (SLBM) və kosmik buraxılış vasitələrinin buraxılışları barədə əvvəlcədən xəbərdarlıq etməyə çağırıb.
Bəyanata görə, xüsusilə nüvə silahına malik ölkələr bu cür buraxılışlar barədə ən azı 24 saat əvvəl xəbərdarlıq etməlidirlər.
Bildirişlərdə raketin və ya buraxılış vasitəsinin növü, buraxılışın gözlənilən vaxtı, buraxılış sahəsi və istiqaməti göstərilməlidir.
Həmçinin bildirilir ki, dövlətlər mümkün raket buraxılışı və ya eniş sahələri də daxil olmaqla riskləri azaltmaq üçün beynəlxalq standartlara uyğun olaraq pilotlara və dənizçilərə aydın bildirişlər verməlidirlər.