Atom Elektrik Stansiyasının işləmə müddəti var. Bu müddət nə Ermənistan hökuməti, nə Azərbaycan hökuməti, nə də dünyanın heç bir hökuməti tərəfindən müəyyən edilmir, çünki bu, atom elektrik stansiyasının fiziki istismarı üçün icazə verilən maksimum müddətdir və kim nə deyirsə desin, həmin dövr 2036-cı ildir.
Bunu deputat Arman Yeğoyan deyib.
“2036-cı il bizim atom elektrik stansiyamızın maksimum işləmə dövrüdür və biz artıq yeni atom elektrik stansiyası tikməyi düşündüyümüzü elan etmişik, bir sıra beynəlxalq tərəfdaşlarla danışıqlar aparırıq”, - o deyib.