Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə qeyd edib ki, hələlik Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyanın yerinə təyin edilməsi barədə qərar verməyib.
"Bu məsələ ilə bağlı heç bir qərarım yoxdur. Həmçinin ona görə ki, Türkiyə ilə ünsiyyət formatında müvafiq qərarlar qəbul etmək üçün işimizi necə, hansı məntiqlə, hansı formatda davam etdirəcəyimizə qərar verməliyik. Hazırda bu mövzuda müzakirələr aparılır", - deyə Baş nazir bildirib.