Ukrayna Energetika Nazirliyi bildirir ki, Ukrayna dəmir yolu işçilərinin işini dəstəkləmək və vacib infrastrukturun fəaliyyətini təmin etmək üçün nazirliyin enerji mərkəzi vasitəsilə dəmir yolunun regional qollarından birinə avadanlıq çatdırılıb.
Bəyanatda deyilir: "Demək olar ki, hər gün mərkəz vasitəsilə Ukraynanın müxtəlif bölgələrinə yeni avadanlıqlar göndərilir. Bu, Rusiyanın hücumlarının daimi təhlükəsi şəraitində enerji sektorunun və digər vacib infrastrukturun fasiləsiz işləməsinə töhfə verir".
Ukrayna Nazirliyi vacib infrastruktur obyektlərinin gücləndirilməsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib.