Sietldə keçirilən illik "The Bite of Seattle" yemək festivalında baş verən atışmada üç nəfər həlak olub. İki yaşlı oğlan da daxil olmaqla, ən azı beş nəfər yaralanıb.
Mer Keti Uilson bir-birinə atəş açan iki hücumçunun olduğunu bildirib. Onlardan biri həbs edilib, digəri isə axtarılır.
İki nəfərin kimliyi barədə əlavə məlumat verilməyib. Polis rəisinin müavini Devis yalnız axtarışda olan şübhəlinin ictimaiyyət üçün təhlükə yaratmadığını bildirib.
Yerli "The Seattle Times" qəzetinin məlumatına görə, Sietl festivalı 1982-ci ildən bəri keçirilir və təşkilatçıların sözlərinə görə, 350 mindən çox ziyarətçi cəlb edir. Tədbir üç gün davam edir.