Ətraf mühit naziri Hambardzum Matevosyan Koreya Respublikasının iqlim, energetika və ətraf mühit naziri Kim Sonq Hvan ilə görüşüb. Bu barədə Ermənistan Respublikasının Ətraf Mühit Nazirliyi məlumat verib.
Görüş zamanı Ermənistan və Koreya arasında ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi, su ehtiyatlarının idarə olunması və biomüxtəlifliyin qorunması sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Nazir Ermənistanın prioritetlərini təqdim edərək, iqlim dəyişikliyi şəraitində ölkəmiz üçün ən vacib olanların su ehtiyatlarının effektiv idarə olunması, daşqın proqnozlaşdırılması və erkən xəbərdarlıq sistemlərinin inkişafı, çay hövzələrinin inteqrasiyalı idarə olunması, eləcə də ekosistemlərin bərpası olduğunu vurğulayıb.
Hambardzum Matevosyan daşqın proqnozlaşdırılmasında, su ehtiyatlarının idarə olunmasında və iqlimə davamlılığın artırılmasında süni intellekt və rəqəmsal texnologiyaların istifadəsi sahəsində Koreya Respublikasının təcrübəsi ilə tanış olub. Tərəflər razılığa gəliblər ki, bu sahələrdə təcrübə mübadiləsi və peşəkar əməkdaşlıq Ermənistanın potensialının inkişafına mühüm töhfə verə bilər.
COP17-yə sədrlik edən ölkə olaraq, nazir Koreya Respublikasına Bioloji Müxtəliflik Konvensiyası çərçivəsində fəal iştirakına görə təşəkkür edib və onu Yerevanda keçiriləcək COP17-də yüksək səviyyədə iştirak etməyə dəvət edib.
Nazir əmin eib ki, bu görüş Ermənistan-Koreya ətraf mühit əməkdaşlığına yeni təkan verəcək və iqlim dəyişikliyinə davamlılıq, davamlı su ehtiyatlarının idarə olunması və biomüxtəlifliyin qorunması naminə birgə proqramların həyata keçirilməsinə töhfə verəcək.