Donald Trampın elçisi Ceff Lendri Qrenlandiyanın tezliklə ABŞ-ın 51-ci ştatı ola biləcəyini bildirib.
ABŞ prezidenti dəfələrlə Qrenlandiyanın strateji əhəmiyyətini bildirib, ABŞ-ın Danimarka Krallığının bir hissəsi olan adanı ələ keçirə biləcəyi ehtimalını da istisna etməyib. Amerika tərəfinin fikrincə, Çin və Rusiya regionda təsirlərini artırmağa çalışırlar.
Qrenlandiya cavab verib: "Torpaqlarımızın gələcəyi burada, Qrenlandiyada müəyyən ediləcək və biz bunu əvvəldən demişik. Biz nə amerikalı, nə də danimarkalı olmaq istəmirik. Biz Qrenlandiyalıyıq", - adanın xarici işlər naziri bildirib.
Onun sözlərinə görə, Vaşinqtondan gələn açıqlamalar artıq heç kəsi təəccübləndirmir, əksinə Qrenlandiya xalqına və bütün krallığa qarşı hörmətsizliyin təzahürüdür.