Kiyevə böyük hücumu olub, 21 ölü, onlarla yaralı var.
Son məlumatlara görə, 14 may Cümə axşamı günü Rusiya qüvvələrinin Kiyevə etdiyi kütləvi hava hücumunda üçü uşaq da daxil olmaqla ən azı 21 nəfər ölüb, onlarla insan yaralanıb.
Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat verib.
Kiyev meri Vitali Kliçko 15 mayı şəhərdə matəm günü elan edib. Həmin gün Kiyevdə dövlət bayraqları endiriləcək və şəhərdə bütün əyləncə tədbirləri qadağan ediləcək.
Ukrayna silahlı qüvvələri bildirib ki, Rusiya ordusu bir gündə Ukrayna istiqamətində 892 pilotsuz təyyarə atıb.