Fars xəbər agentliyi mənbəyə istinadən xəbər verir ki, Vaşinqton beş tələbi yerinə yetirməsə, İran ABŞ ilə danışıqların ikinci mərhələsinə başlamayacaq.
Fars xəbər agentliyi qeyd edib ki, qeyd olunan şərtlər ABŞ ilə danışıqlarda etimadın təminatıdır:
1. Bütün cəbhələrdə, xüsusən də Livanda müharibənin dayandırılması.
2. İran əleyhinə sanksiyaların ləğvi.
3. İran aktivlərinin dondurulmasının ləğvi.
4. Hərbi əməliyyatlar nəticəsində dəyən ziyana görə kompensasiya.
5. Hörmüz boğazı üzərində İranın suverenliyinin tanınması
İran ABŞ-ın 14 maddəlik sülh təklifinə cavab olaraq beş tələb irəli sürüb. Agentliyin mənbələri ABŞ təkliflərinin birtərəfli olduğunu və Vaşinqtonun maraqlarını təmin etməyə yönəldiyini qeyd ediblər.