ER XİN sözçüsü Türkiyənin Ermənistanla ikitərəfli ticarətdəki maneələri aradan qaldırmasına toxundu.
"Türkiyənin Ermənistanla ikitərəfli ticarətdəki maneələri aradan qaldırmaq qərarını alqışlayırıq ki, bu da Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesinin daha bir nəticəsidir.
Bu qərar iki ölkə arasında ticarət və biznes əlaqələrinin genişləndirilməsi, regionda iqtisadi əlaqənin təşviqi və sülhün və rifahın təmin edilməsi baxımından vacibdir.
Vurğulayaq ki, bu, iki ölkə arasında tam və normal münasibətlərin inkişafı istiqamətində mühüm addımdır və məntiqi olaraq Ermənistan-Türkiyə sərhədinin açılması və diplomatik münasibətlərin qurulması yolu ilə davam edə bilər", - Facebook-dakı paylaşımda deyilir.