İran Məclisinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ ilə münaqişənin həlli üçün Tehranın 14 maddəlik təklifinə alternativ olmadığını və hər hansı digər yanaşmanın uğursuzluğa məhkum olduğunu bildirib. O, X-də müvafiq bəyanatı dərc edib.
O qeyd edib ki, 14 maddəlik təklifdə göstərilən İran xalqının hüquqlarını tanımaqdan başqa alternativ yoxdur. Hər hansı digər yanaşma tamamilə faydasız olacaq və yalnız ardıcıl uğursuzluqlara səbəb olacaq.
Qalibafın sözlərinə görə, ABŞ nə qədər çox vaxt sərf etsə, Amerika vergi ödəyiciləri bunun üçün bir o qədər yüksək qiymət ödəyəcəklər.