Mayın 6-da ER xarici işlər naziri Ararat Mirzoyan "Yerevan Dialoqu" konfransında iştirak edən Beynəlxalq Cinayət Məhkəməsinin sədri Tomoko Akane ilə görüşüb.
Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat verib.
Onlar Ermənistan və Beynəlxalq Cinayət Məhkəməsi arasında əməkdaşlıq, beynəlxalq hüquq normalarının qorunmasına və qanunun aliliyinin təmin edilməsinə yönəlmiş beynəlxalq səylərdə iştirak məsələləri barədə fikir mübadiləsi aparıblar.