21 apreldə ER Parlamentinin sədri Alen Simonyan NATO baş katibinin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb. Bu barədə ER Parlamentinin mətbuat xidməti məlumat yayıb.
Parlamentin sədri Kevin Hamiltonu vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib və onun səlahiyyət müddəti ərzində Ermənistan-NATO münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyacağına əminliyini bildirib.
Həmsöhbətlər Ermənistan-NATO əməkdaşlığı, birgə həyata keçirilən proqramlar, eləcə də regional inkişafla bağlı müxtəlif məsələləri müzakirə ediblər.