Aprelin 20-də ER Müdafiə Naziri Suren Papikyan NATO Baş Katibinin Qafqaz və Orta Asiya üzrə Xüsusi Nümayəndəsi Kevin Hamiltonu qəbul etdi. Bu barədə ER Müdafiə Nazirliyi məlumat verib.
Nazir Kevin Hamiltonu vəzifəyə başlaması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
Görüş zamanı Ermənistan-NATO əməkdaşlığının hazırkı gedişi və inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə toxunublar.