Bu gecə Tehranın qərb və cənub bölgələrində güclü partlayışlar eşidilib. Media orqanları elektrik kəsintiləri barədə məlumat verib. Tehranın şimalındakı Dərbənd dağı və Gülabdəra raket bazalarına da təxminən 20 hücum edildiyi bildirilib. Medianın məlumatına görə, İran silahlı qüvvələrinin Xorrəmabaddakı İmam Hüseyn hərbi bazası məhv edilib. İraqla sərhəddə yerləşən İranın liman şəhəri Abadanda da partlayışlar eşidilib.
Həmçinin qeyd olunur ki, İran İsrailə raket zərbələri endirib. Hədəflər Təl-Əviv, Beer-Şeva hərbi zavodu, Neqevdəki qorunan ərazi və digər yerlər olub.
Media orqanları qeyd edir ki, Bəhreyndə yaşayış məntəqəsinə də zərbə endirilib. İraqın cənub-şərqindəki neft şirkətinin obyektində pilotsuz təyyarənin düşməsindən sonra yanğın baş verib. Tələfat və ya dağıntı barədə məlumat yoxdur.