İranın yeni qanununa görə, kommersiya gəmiləri Hörmüz boğazından keçmək üçün pul ödəməlidir.
İran dövlət televiziyası IRIB-in məlumatına görə, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əlaəddin Burucerdi bildirib.
"Gəmilərin təhlükəsizliyinin təmin edilməsi və su yolu boyunca xidmət göstərilməsi pullu əsaslarla həyata keçiriləcək", - Burucerdi bildirib.