30 martda ER Parlamentinin sədri Alen Simonyan Qətər Dövlətinin Ermənistan Respublikasındakı yeni təyin olunmuş səfiri Mansur Abdullah Əl-Sulaitini qəbul edib. Bu barədə Parlamentdən məlumat verilir.
Parlamentin sədri səfir Əl-Sulaitini vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib və Qətərin Ermənistandakı ilk rezident səfirinin təyin olunmasının iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.
Parlamentlərarası əlaqələrin aktivləşdirilməsi və ikitərəfli maraq doğuran digər məsələlər də müzakirə edilib.