Martın 28-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Araqçi ilə telefon danışığı aparıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat verib.
Həmsöhbətlər Yaxın Şərqdəki son hadisələr və vəziyyətin həlli imkanları barədə fikir mübadiləsi aparıblar.
Nazirlər humanitar məsələlərə və çoxtərəfli platformalarda mövcud olan məsələlərə toxunublar.