İsrail Müdafiə Qüvvələri raket atışını aşkarladığını və hava hücumundan müdafiə sistemlərinin onu ələ keçirdiyini bildirib.
“İsrail Müdafiə Qüvvələri bir müddət əvvəl İrandan İsrail Dövlətinin ərazisinə atılan raketləri aşkar edib. Təhdidin qarşısını almaq üçün hava hücumundan müdafiə sistemləri yerləşdirilib", - deyə İsrail Müdafiə Qüvvələri Telegram kanalında bildirib.
Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail İrandakı hədəflərə zərbələr endirməyə başlayıblar. İran buna cavab olaraq İsrail ərazisini, eləcə də Yaxın Şərqdəki ABŞ hərbi hədəflərini vurub və Hörmüz boğazını bağlayıb.