Bu gün Ermənistanda Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi çərçivəsində götürülmüş ikitərəfli öhdəliklərdən irəli gələn davam edən sektoral islahatları ətraflı müzakirə etdik. Bu barədə Baş nazirin müavini Mher Qriqoryan Aİ-nin Genişlənmə üzrə komissarı Marta Kosun açıqlamaları zamanı bildirib.
“İslahat prosesinin effektivliyini artırmaq və nəticələrini vətəndaşlarımız üçün daha əlçatan etmək məqsədilə bu yaxınlarda Davamlılıq və Böyümə Planı çərçivəsində 2025-2027-ci illər üçün Maliyyələşdirmə Sazişi imzaladıq və bu Sazişə əsasən, xüsusilə ixracın şaxələndirilməsi, viza liberallaşdırılması və dövlət maliyyəsinin idarə edilməsi kimi əsas sahələrdə iddialı tədbirlər müəyyən etdik.
Xüsusilə regional əlaqə məsələlərinə diqqət yetirdik və bu kontekstdə Hökumətin “Sülh Yollarının Kəsişməsi” təşəbbüsünün, TRIPP marşrutunun və AB-nin regionlararası əlaqə strategiyasının, xüsusən də “Qlobal Qapılar”ın həyata keçirilməsi üzərində işləməyə davam etmək barədə razılığa gəldik.
Komissarın AB-nin Ermənistanın Transxəzər Nəqliyyat Dəhlizinə inteqrasiyasına dəstəyini bir daha təsdiqlədiyini qeyd etməkdən şadam.
Komissar Kos vasitəsilə biz minnətdarlığımızı bildiririk və qarşıdan gələn parlament seçkiləri ərəfəsində Ermənistanda demokratik dayanıqlığın artırılmasına göstərilən səylərə və diqqətə görə Aİ rəhbərliyinə təşəkkür edirik", - deyə o bildirib.