İsrail müdafiə naziri İsrael Katz İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin İsrail hava hücumunda öldürüldüyünü təsdiqləyib.
Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisindən məlumat alıb.
İran tərəfi məlumatı təsdiqləməyib.
Qeyd olunur ki, İslam İnqilabı Keşikçiləri Korpusunun “Bəsic” bölməsinin komandirlərindən biri də hücumda öldürülüb.