Məsud Pezeşian bildirib ki, İrana hücum edilməyəcəyinə dair zəmanət olmadığı təqdirdə müharibənin bitməsi ilə bağlı danışıqların mənası yoxdur.
İran prezidenti bildirib ki, Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı Tehranın istənilən xarici təcavüzə qarşı özünü müdafiə etməyə hazır olduğunu qeyd edib.
Pezeşianın sözlərinə görə, Tehran münaqişənin təşəbbüskarı deyil, lakin müdafiəni özünün qanuni hüququ hesab edir.
İran prezidenti Yaxın Şərqdəki Amerika hərbi bazalarının İrana hücumlar üçün istifadəsinə son qoyulmasına çağırıb.