Baş nazir Nikol Paşinyan Strasburqa səfər edib. Ermənistanın Baş nazirini hava limanında Avropa Parlamentinin vitse-prezidenti, Sosial Demokrat Partiyasının üzvü Kristel Şaldemoz qarşılayıb.
Bu gün Nikol Paşinyan Avropa Parlamentində çıxış edəcək. Səfər çərçivəsində Baş nazir Nikol Paşinyan həmçinin Avropa Parlamentinin prezidenti Roberta Mezzola ilə görüşəcək.