Regionda əməkdaşlığın qurulması baxımından çox müsbət bir tendensiyanın müşahidə olunması bizi ruhlandırır. Gürcüstanın Baş naziri İrakli Kobaxidze bunu Baş nazir Nikol Paşinyanla birgə bəyanatda bildirib.
“Hökumətlərarası komissiyanın iclasında Ermənistan və Azərbaycan arasında tarixi bir müqavilənin imzalanmasından məmnun olduğumuzu vurğuladıq. Müsbət tendensiyalar regionda sabitliyi və sülhü təmin etmək üçün çox müsbət əsas yaradır.
Bu kontekstdə bir daha vurğulamaq istərdim ki, regionda sülh quruculuğu və sabitliyi dəstəkləməyə davam etməyə hazırıq. Bu baxımdan Gürcüstan səylərini əsirgəməyəcək”, - deyə o bildirib.
Kobaxidzenin sözlərinə görə, iki ölkənin xalqları arasında tərəfdaşlıq, dostluq və nümunəvi əlaqələr mövcuddur və iki ölkənin liderləri xalqlar qarşısında dostluq və tərəfdaşlıq əlaqələrini dərinləşdirmək üçün məsuliyyət daşıyırlar.