İlk Ermənistan-ABŞ Texnologiya və İnnovasiya Sammiti ABŞ-nin vitse-prezidenti J.D. Vensin Ermənistana tarixi səfəri ilə paralel olaraq keçirildi və bu səfərdə iki ölkənin hökumət və texnologiya şirkətlərinin nümayəndələri iştirak etdi. Bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat verib.
“Amerika texnologiya şirkətlərinin (Dell, NVIDIA, Synopsys, AWS və Salesforce) liderlərini ABŞ və Ermənistan arasında texnoloji əməkdaşlığın genişləndirilməsi yollarını, o cümlədən strateji tərəfdaşlıqları, təchizat zəncirlərinin gücləndirilməsini və xalqlarımızın təhlükəsizliyi və rifahı üçün etibarlı və davamlı texnologiya ekosistemlərinin qurulmasını müzakirə etmək üçün Ermənistana salamlamaqdan məmnun olduq”,- səfirliyin bəyantında deyilir.