Dünən imzaladığımız və görüşlərimiz zamanı üzərində hələ də işlədiyimiz sənədlərdən biri Prezident Tramp və Baş nazir Paşinyan arasında bağlanmış yaxşı sövdələşmələr sayəsində Ermənistana böyük investisiyalar qoyulması ilə bağlıdır. Bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens Zvartnots hava limanında “Lurer”-in sualına cavab olaraq bildirib.
“Bunlardan biri çox böyük bir məlumat mərkəzinin inşasıdır. Düşünürəm ki, bu, artıq başlayıb. Məlumat mərkəzinə ümumi investisiya 4 milyard dollara çata bilər. Bu, həmçinin ABŞ-da çoxlu iş yeri yaradacaq. Beləliklə, bu, klassik qarşılıqlı faydalı sövdələşmədir. Düşünürəm ki, Ermənistandakı layihə ümumilikdə 4 milyard dollar investisiya cəlb edə bilər. Artıq Ermənistana əhəmiyyətli investisiyaların qoyulduğunu görmüsünüz və onların davam edəcəyini gözləyirik.”, - Vens deyib.